***Çantanızı qeydiyyata verməzdən öncə şəklini çəkin, baqaj itərsə onun şəkli tapmağa kömək ola bilər

***Çantanızın üzərinə yalnız sizə aid olan və hər zaman tanıyacağınız hansısa bir işarə qoyun ( məsələn, birka), bu sizə baqajınızı daha tez tanımağa kömək edəcək

***Qiymətli və zərif əşyaları baqaj bölməsinə göndərməyin

***Qeydiyyat zamanı sizə verilən birkanı itirməyin, bu çox vacibdir

***Çantanızın üzərinə adınız, nömrəniz olan birka yapışdırın, bu sizin itən baqajınızı tapmaq işini tezləşdirə bilər

***Əvvəlki səyahətlərdən qalma birka ya talonları çantanızın üstündə saxlamayın, bu, yük bölməsində çaşqınlığa və nəhayətdə baqajınızın başqa yerə göndərilməsinə səbəb ola bilər

***Baqajınızı hava limanından çıxmazdan öncə yoxlayın, çıxdıqdan sonra iddialarınız qəbul olunmayacaq

***Qeyd: Əgər sizə baqajınızın çəkisinin normadan artıq olduğunu desələr, çantanızın çəkisini azaltmaq məqsədilə çantanızdan hansısa geyim əşyanızı geyinə və ya xırda əşyaları cibinizə qoya bilərsiniz, əyninizdə və cibinizdə olanlar şəxsi əşya sayılır və çəkisi ölçülmür 😉