1. Səyahət edəcəyiniz ölkənin mətbəxi ilə öncədən tanış olun
  2. Getdiyiniz şəhərdə kafe, restoranlar barədə məlumat yığın
  3. Fast food restoranlardan uzaq durun, yerli mətbəxə üstünlük verin 
  4. Restorana gedərkən sifarişinizin məhz sizin üçün hazırlandığına diqqər edin, imkan varsa mətbəxə baş çəkin, bəyənməzsəniz, heç düşünmədən o restoranı tərk edin
  5. Restorana gedərkən ziyarətçilərə fikir verin, əgər ziyarətçilər arasında yerli əhali ( xüsusilə də uşaqlı ailələr) üstünlük təşkil edirsə, demək düz ünvandasınız
  6. Restoranda sifariş etdikdən sonra menyunu yanınızda saxlayın, hesablaşma zamanı bəzən qiymətlər əvvəl gördüklərinizdən yüksək ola bilər, sonra nəyisə sübut etmək çətin olacaq ( bəli, belə restoranlar da var)
  7. Bələdçilərin təriflədiyi restoranlar əslində o qədər də tərifli olmur, onlar faiz aldıqları üçün həmən restoranları tərifləyirlər
  8. Süd və süd məhsulları, yumurta, mayonezdən uzaq olun, yaxşıca təmizlənmiş meyvə-tərəvəzə üstünlük verin. 
  9. Qazlı içkilərdən uzaq durun, təmiz, qablaşdırılmış sü için.