*Taylandın paytaxtı Banqkok şəhərinin rəsmi adı Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit – dir və dünyada ən uzun şəhər adıdır.
*Dünyada ən çox səfər edilən ölkə Fransadır, Eyfel Qülləsi də ən çox baş çəkilən yerlər arasında birincidir.
*Yunanıstana səfər edən turistlər xatirə olaraq Parfenon məbədindən mərmər parçaları götürürlər. Tarixi abidənin gələcək taleyindən narahat olan şəhər rəhbərliyi, gecələr abidənin ərazisinə kənardan gətirilmiş mərmər parçaları tökdürür.
*Dünyada ən bahalı tur 28 gün davam edən “Dünya səyahəti” adlı turdur və qiyməti 1 000 000 Dollardan yuxarıdır.
*Yeni Qvineyada (diqqət!!!) 850-dən çox dildə danışılır.
*Romadakı Trevi fontanı gündəlik 3000 euro gəlir gətirir. Bu məbləğ turistlərin fontana “uğur”a atdıqları dəmir pullar hesabına yığılır, hər gecə fontan təmizlənir və yığılmış məbləğ xeyriyyəyə xərclənir.
Comment (0)