Təyyarədə gözəl görünməyin sirləri***

*Təyyarədə hava çox quru olduğundan, imkan daxilində ənlik, kirşan və tonal vasitələrdən istifadə etməyin, kirpiklər üçün vasitə və nəmləndirici kremlə kifayətlənin

*Dodaqlarınızın qurumağının qarşısını almaq üçün dodaq üçün gel və ya gigiyenik pomadadan istifadə edin

*Yağlılığı yüksək olan əl kremi istifadə edin, antibakterial nəm dəsmalları unutmayın

*Uçuş zamanı çay, kofe, qazlı içkilər içməyin, spirtli içkilərdən çəkinin, bütün bu içkilər orqanizmin dehidratasiyasına ( susuzlaşmasına ) gətirib çıxarır

*Nə qədər çox adi, təmiz su içsəniz, özünüzü bir o qədər də yaxşı hiss edəcəksiniz

*Mütləq özünüzlə rahat ayaqqabı və ya corab götürün

*Bir çox aviaşirkətlər təyyarə göyərtəsinə həcmi 100 ml-dən artıq olan maye keçirməyə icazə vermir, özünüzlə götürəcəyiniz krem, losyonların balaca qablaşdırmada olmasına diqqət edin